Ümumi məlumat Birbankın Kreditlərin ilkin təqibi departamentinin ünvanda təqib şöbəsinin iş fəaliyyətinin daha da təkmilləşdirilməsi məqsədilə, detallara qarşı diqqətli, analitik düşüncə qabiliyyətinə malik, eyni zamanda müştərilərlə effektiv ünsiyyət qurma bacarıqlarına sahib olan, komandada işləməyi sevən və məsuliyyətli namizədlər axtarırıq. Öhdəliklər Gecikmiş kreditlər üzrə borcalanların və zaminlərin qeydiyyatı, faktiki yaşayış ünvanlarına və iş yerlərinə səfər olunması; Əlaqə yaratmaq mümkün olmayan borcalanlar və onların zaminlərinin digər əlaqə vasitələrinin əldə olunması; Problemli borcların qaytarılması istiqamətində müvafiq tədbirlərin görülməsi; Problemli müştərilərin maliyyə vəziyyətindən asılı olaraq kreditin restrukturizasiya cəlb edilməsi. Tələblər Texniki bacarığı: Kompyuter-də işləmək səriştəsinə malik olmaq. Sahə üzrə iş təcrübəsi: Minimum 1 illik təcrübəyə malik olmaq. Dil bacarıqları: Azərbaycan dilini mükəmməl səviyyədə bilmək və kommunikasiya qurmaq bacarığı,rus dili arzuolunandır. Digər səriştələr: Operativ, ünsiyyətçil, təmkinli və problemli borcalanlar ilə əlaqə yaratmaq bacarığı mütləqdir.